Aktyor Kıvanç Tatlıtuğ xanımı Başak Dizerlə Bebekdə yerləşən evindən köçüb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük nağd qiymətə aldıqları evi qoyub Göktürk istiqamətində yerləşən, aylığı 15 min lira(təxminən 7 min AZN) olan kirayə villada yaşayacaqlar.
İkilinin yeni villası Başak Dizerin zövqünə göre dekorasiya olunacaq.
Cütlüyün yeni ev kiralamasına səbəb orada böyük bağçanın olmasıdır.

