|
Çexiya Aİ və NATO-dakı mövqelərini möhkəmləndirmək niyyətindədir

Çexiya Avro-Atlantik prioritetlərinə sadiqdir və Avropa İttifaqını və NATO-nu, həmçinin bu təşkilatlarda öz mövqeyini möhkəmləndirmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu Çexiyanın baş naziri Andrey Babiş prezident Miloş Zeman ilə görüşdən sonra jurnalistlərə deyib.

 

A.Babiş bildirib: "Biz respublikanın xarici siyasət yönümündən danışdıq. Biz (Çexiya) Avropa İttifaqı və NATO-nun ayrılmaz bir hissəsiyik və həqiqətən, [hər iki təşkilatda] daha əhəmiyyətli rol oynamaq istəyirik".