|
Rusiya: İlon Maskın kosmos layihəsi marketinq hiyləsidir

“Falkon Heavy” raketi ilə birlikdə kosmosa göndərilən avtomobil sadəcə marketinq hiyləsidir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Kosmik Agentliyinin (Roskosmos) sözçüsü İqor Burenkov deyib.

“Əsas məsələ bu işi görən və daha çox investisiya cəlb etmək istəyən özəl şirkətlərin olmasıdır. Kosmosa göndərilən raket dəyərsiz model deyil. Daşıdığı yükü itirdiyi üçün heç kim təəssüflənməyəcək. Amma spesifik bir motorlu kosmik gəmidir. "Tesla"da işlər yaxşı deyil. Bunu hər kəs bilir. Bu, mükəmməl hiylə idi. Bunu hər kəs bilir”, - sözçü bildirib.

Qeyd edək ki, İlon Maskın baş icraçı direktoru olduğu “Speys X” şirkəti 6 fevralda dünyanın ən sürətli raketini “Tesla Roadster” avtomobili ilə birgə kosmosa göndərmişdi.