Nyu-Yorkun 11 yaşlı sakini Entoni Peres 12 yaşlı dostu Juan Umpierrezi xilas edərkən dünyasını dəyişib. Bu barədə “The Daily Mail” qəzeti xəbər verib.
İnsident Mertl-Avenyu rayonundakı Forest parkında baş verib. Oğlanlar dərsdən sonra gölün yanında oynayarkən onlardan biri suya düşüb. Peres dostuna yardım üçün suya hoppandı, onu xilas etməyi basardı, amma daha sonra özü gölməçəyə düşdü.
Hadisə yerinə gələn xilasedicilər uşağı buzlu göldən xilas etməyə çalışıblar. Onu sahilə çıxaranda isə fərqinə varıblar ki, oğlan artıq nəfəs almır. Onu apardıqları xəstəxanada isə həkimlər ölümü qeydə alıblar. Nəşr eyni zamanda qeyd edib ki, iki xilasedici soyuqdəymədən dünyasını dəyişib. Xilas olan oğlan isə dostunu itirdiyinə görə ciddi sarsıntı keçirib. Hadisənin ardınca Nyu-Yorkun yanğınsöndürmə departamenti valideynlər üçün bildiriş yayıb. Sözügedən bildirişdə qeyd olunub ki, xüsusən qış fəslində çay, göl və gölməçələrin yanında oyun oynamaq təhlükəlidir və uşaqları bu məkanlardan qorumaq lazımdır.
