Putin Sovet İttifaqının hakimiyyətini yenidən təsis etmək istəyir.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Corc Buş bildirib.
"Putin zəifliyi müəyyən və ondan istifadə etmək qabiliyyətinə malik parlaq bir strateqdir. O, SSRİ-nin dağılmasına görə qəzəblidir. Bu səbəbdən də atdığı addımların əksəriyyəti Sovet İttifaqını yenidən bərpa etməyə yönəlib", - Buş söyləyib.
