|
Türk Hava Qüvvələrindən gecə əməliyyatı

Türk hərbi təyyarələri “Zeytun budağı” əməliyyatı çərçivəsində Afrində PKK terror təşkilatına aid mövqeləri bombalayır.

Bölgədə azı 5 hədəf məhv edilib. Hava əməliyyatı davam edir. Məlumata əsasən, sərhəddə olan terrorçular əvvəlcə tüfəng və minaatanlardan atəş açmağa başlayıb. Bundan sonra Türk Hava Qüvvələrinə aid hərbi təyyarələr Suriya istiqamətinə gedərək Afrində olan PKK, PYD, KCK, YPG və İŞİD mövqelərini hədəf alıb.