Türkiyədə Taylan Eraslan adlı sürücünün maşınından ilan çıxıb. Daha doğrusu, bir neçə gün maşının mühərrik hissəsində özünə yuva quran ilanı sürücü təsadüfən aşklarlayıb.
Mühərrikin yağını dəyişmək üçün onun qapağını qaldırarkən içəridə dolanmış ilanı görərək şok keçirib. 3 metr uzunluğundakı ilanı iynə ilə sakitləşdirdikdən sonra çıxara biliblər. İlan daha sonra təbiətə buraxılıb. T.Eraslan xəstəxanada çalışır. Ötən həftə eyni xəstəxananın başqa bir işçisinin də maşınından 2 metr uzunluğunda ilan çıxıbmış. Xəstəxana rəhbərliyi ərazidə xüsusi təmizləmə əməliyyatı keçirir.
