|
Yəməndə aviazərbə nəticəsində husilərin lideri öldürülüb

Yəməndə aviazərbə nəticəsində üsyançı husilərin liderlərindən biri olan Mühsin Məhəmməd əl-Quyrabi öldürülüb.

 

APA-nın “Əl Arabiya” telekanalına istinadən verdiyi xəbərə görə, aviazərbənin endirildiyi Əl Cavf əyalətində üsyançıların bundan əvvəl törətdiyi hücum nəticəsində 3 nəfər ölüb.

 

Aviazərbə nəticəsində Məhəmməd əl-Quyrabi də daxil olmaqla 35 üsyançı ölüb.