ürkiyə Superliqasının 21-ci turunda səfərdə “Başakşəhər”lə qarşılaşacaq “Fənərbaxça” oyuna itki ilə çıxacaq.
Qol.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, komandanın müdafiəçisi İsmayıl Köybaşı zədə səbəbindən fevralın 11-də keçiriləcək görüşü buraxacaq.
28 yaşlı futbolçu məşq zamanı qasıq nahiyəsindən zədə alıb.
Qeyd edək ki, Türkiyə millisinin üzvü bu mövsüm 13 oyunda meydana çıxıb və 3 qol ötürməsi edib
