|
Çində yol çöküb, 8 nəfər ölüb

Çinin Foşan şəhərində yol çöküb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə şəhərin Çançen adlı rayonunda qeydə alınıb.

 

Hazırda 8 nəfərin öldüyü təsdiqlənib. Ölənlərin sayının arta biləcəyi istisna edilmir. Yolun çökməsinin səbəbi hələ ki, məlum deyil.