|
Koreyada Olimpiya kəndində Azərbaycan bayrağı qaldırılıb

Koreya Respublikasının Pxençan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının Olimpiya kəndində Azərbaycan bayrağı qaldırılıb.

Trend-in məlumatına görə, Azərbaycan bayrağı XXIII Qış Olimpiya Oyunlarına qatılacaq 92 ölkənin bayrağı arasında dalğalanır.

 

Fevralın 9-da olimpiadanın açılış mərasimində bayraqdar Azərbaycan təmsilçisi Patrik Braxner (slalom və böyük slalom yarışları) olacaq.