|
Bu iki ölkə 2025-ci ildən öncə AB-nin üzvü ola bilər

Serbiya və Monteneqro Avropa Birliyinin üzvü olmaq üçün islahat işlərini sürətləndirməlidir.

Axar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Qərbi Balkan ölkələrinə yönəlik strategiyasında bildirilib.

Rəsmi Brüssel Serbiya və Monteneqronun 2025-ci ildən öncə AB-nin üzvü ola biləcəyini bəyan edib.