|
Ərdoğan: Vatikanla "erməni soyqırımı"nı müzakirə etdik və...

Türkiyə qondarma “erməni soyqırımı” ilə bağlı ermənilərin iddiaları ilə əlaqədar Vatikana öz narazılığını bildirib.

Trend-in məlumatına görə, bunu Vatikana səfərinin yekununda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

Ərdoğan bildirib: “Papa Fransisk “erməni soyqırımı” ilə bağlı Türkiyənin mövqeyi ilə həmrəydir”.

Qeyd edək ki, ötən gün Türkiyə prezidenti Vatikana rəsmi səfər edib.