|
SON DƏQİQƏ Bitkoindən rekord!

Dünyada ən populyar kriptovalyuta olan bitkoinin ucuzlaşması davam edir.

Trend-in məlumatına görə, artıq bitkoinin son qiyməti hətta 8 min dollardan da aşağı düşüb. Daha dəqiq desək, "CoinMarketCap" portalının məlumatına əsasən, bitkoin 11,7% və ya 7,996 min dollaradək ucuzlaşıb. Qeyd edək ki, hələ səhər bitkoinin qiyməti 8,69 min dollar təşkil etmişdi.

 

Alternativ kriptovalyutalar - "Ethereum" 16,6% və ya 956,8 dollaradək, "Ripple" 25,42% (0,85 dollara qədər), "Bitcoin Cash" isə 20% (1,18 min dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 420,72 milyard dollar təşkil edir. Bu göstəricinin 35 faizi bitkoinin payına düşür.