Moskvada “Taqanskaya” metro stansiyasında sərxoş tələbə relslərə yıxılıb.
Trend-in məlumatına görə, polis əməkdaşları həmin şəxsi relslərdən çıxara biliblər.
Məlumata əsasən, 19 yaşlı tələbə vəziyyətin araşdırılması üçün polis otağına aparılıb.
Bildirilir ki, insident metroda qatarların hərəkətinə təsir etməyib.
