Azərbaycan və Türkiyə əmək və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığı möhkəmləndirir.
Trend-in məlumatına görə, bu, əmək və sosial müdafiə üzrə Azərbaycan-Türkiyə birgə daimi komissiyasının Bakıda keçirilən 9-cu iclasının yekunu üzrə protokolda nəzərdə tutulur.
Sənədi Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Türkiyənin əmək və sosial müdafiə naziri Jülide Sarıeroğlu imzalayıblar.
