Tovuz rayonunda istixanada zəhərlənmə hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə rayonun Qovlar qəsəbəsindəki istixanada qeydə alınıb.
İstixana sahibi istiliyi təmin etmək üçün istixana çadırına tüstü doldurub. Nəticədə istixanada fəhlə işləyən, rayonun Düz Qırıqlı kənd sakini, 1955-ci il təvəllüdlü Mehtiyeva Nicayət İslam qızı tüstüdən zəhərlənib.
Qadın təcili olaraq xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır.
