|
Qaradağda dağlıq ərazidə köməksiz qalan 4 nəfər xilas edilib

Dağlıq ərazidə köməksiz qalan şəxslər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda dağlıq ərazidə 4 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşları təhlükəsiz əraziyə endirərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:30-da başa çatıb.