|
Şanxayda avtomobil 18 piyadanı "xəstəxanalıq etdi"

Çinin Şanxay şəhərində sürücü avtofurqonu səkidə piyadaların üstünə sürüb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 18 nəfər xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, qəza nəticəsində avtomobil alışıb. Hadisə yerli vaxtla səhər 09:00 radələrində baş verib.

 

Xəsarət alanlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Qəzanın hansı səbəbdən baş verməsi məlum deyil.