|
Bakıda istirahət evində yanğın olub

Paytaxtda istirahət evində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 65 kv.m olan 2 otaqlı istirahət evinin mətbəxində 20 kv.m sahədə əşyalar yanıb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.