|
Fidel Kastronun oğlu intihar edib

Kubanın sabiq lideri Fidel Kastronun böyük oğlu Fidel Anxel Kastro Dias-Balart səhər saatlarında intihar edib.

 

Trend-in məlumatına görə, o, ömrünün son günlərini həkim nəzarətində keçirib. Belə ki, daha öncə həkimlər onu xəstəxanada ağır depressiyadan müalicə edirlərmiş. Son bir neçə ayı isə onun evdə müalicə aldığı bildirilir.