|
Göyçayda 60 yaşlı kişini maşın vurub qaçdı

Göyçay rayonunda yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun mərkəzində baş verib. Rayon sakini, 1958-ci il təvəllüdlü Həsənov Nazim Kamal oğlu yolu keçərkən naməlum avtomobil onu vurub.

 

Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.