|
Hamilə olduğunu fotosessiyası ilə elan etdi
“Mariya Antuanetta” filmi ilə yaddaşlara həkk olunan aktrisa Kristen Danst hamilədir. 

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, aktrisa bunu yeni fotosessiyası zamanı bildirib. Kristen bir il əvvəl nişanlandığı tərəf-müqabili Cessi Plemonsdan uşaq gözləyir. 

Böyüyən qarnını ilk dəfə nümayiş etdirən Kristen bununla da haqqında yayılan hamiləlik dedi-qodularını təsdiqləyib.