|
İŞİD-ə qaçan qızların axtarışı davam edir

Türkiyə höküməti evdən qaçıb İŞİD-ə qoşulduğu güman edilən yeniyetmə qızların axtarışlarını davam edir.

ANS PRESS-in məlumatına görə, lakin Ankara Londondan siqnalın çox gec gəlməsinə gileylənir.

Britaniyalı qızlar Türkiyəyə bir həftə qabaq gəliblər.

Əyər onlar Suriya sərhəddini keçiblərsə onların axtarışı mənasızdır.

Bu arada qızların axtarışı ilə bağlı yeni faktlar ortaya çıxıb. Məlum olub ki, yeniyetmələr keçən il Suriyaya qaçan daha bir qızla eyni məktəbdə oxuyublar.

Qeyd edək ki, Londonda olan məlumata əsasən İŞİD-ə 600-dən çox britaniyalı qatılıb. Lakin bu dəfə uşaqların həddindən artıq balaca olmaları diqqəti cəlb edib. Qızların ən böyüyü təzəlikcə 16 yaşını qədəm qoyub.