Uzun müddətdir reytinq siyahısında birinci olan “Diriliş Ertuğrul” serialı ötən gündən etibarən qalibiyyəti əldən verib.
Birinciliyi ATV-də yayımlanan “Sen anlat Karadeniz” serialı ələ keçirib.
Ekran işi TRT-nin tarixi layihəsi “Total” reytinq siyahısında ikinci yerdə qərarlaşıb.
Qeyd edək ki, hər həftənin çərşənbə günü "ATV" kanalında yayımlanan serial ilk bölümü ilə böyük tamaşaçı kütləsi toplaya bilib. Reytinqləri alt-üst edən ekran işinin mövzusu 16 yaşında atası tərəfindən biznesmenə (Vedat) satılan qız (Nəfəs) və onu xilas edən Karadenizli bir oğlan (Tahir) haqqındadır.
Cəmi iki bölümü yayımlanan və rejissoru Osman Sınav olan serialın baş rol ifaçıları Tuna Astepe, İrem Helvacıoğlu, Mehmet Ali Nuroğludur.

