|
Dardanel boğazı gəmilərin hərəkəti üçün bağlanıb

Türkiyədə Dardanel boğazı gəmilərin hərəkəti üçün bağlanıb.

Trend-in məlumatına görə, buna bölgədə sıx duman səbəb olub.

 

Qeyd olunur ki, dumanla əlaqədar boğazda görüntü məsafəsi 30 metrədək azalıb.

Hərəkətin nə zaman bərpa olunacağı barədə məlumat verilməyib.