|
Avstriyada 4 bal gücündə zəlzələ olub

Avstriyada 4 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Sankt-Anton kommunasında 20 kilometr qərbdə, ocağı isə bir kilometr dərinlikdə yerləşib.

 

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.