Suriyanın Afrin bölgəsindən Türkiyənin Reyhanlı rayonuna növbəti dəfə raket atılıb.
Musavat.com-un məlumatına görə, raket Dəgirmen Karşı məhəlləsindəki bir evə düşüb. İlkin məlumata görə, yaralanan olmayıb. Hadisə yerinə çox sayda polis və yanğınsöndürən cəlb olunub. Təhlükəsizlik qüvvələri raketin düşdüyü yürdə araşdırmalar aparır.
