“Tottenhem” heyətinə yeni oyunçu cəlb edib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, London təmsilçisi PSJ-nin yarımmüdafiəçisi Lukas Mouranı transfer edib.
25 yaşlı futbolçu ilə 2023-cü ilin iyun ayına qədər müqavilə imzalanıb. O, yeni klubunda 27 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, braziliyalı futbolçu 2013-cü ildən Paris klubunda çıxış edirdi
