|
"Arsenal"ı "Sent Etyen"ə dəyişdi

“Arsenal”ın futbolçusu Matye Debyuşi komandadan ayrılıb.
Lodnon klubu ilə müqaviləsini pozan fransalı müdafiəçi karyerasını ölkəsində - “Sent Etyen”də  davam etdirək. 
Klubun rəsmi saytı 32 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, 2014-cü idlən “Arsenal”da çıxış edən Fransa millisinin üzvü bu mövsüm Premyer Liqada bir oyun belə keçirməyib.