|
Ayfon-X-in istehsalı 2 dəfə azaldı

Əpl (Apple) şirkəti azsaylı satış səbəbiylə Ayfon-X telefonlarının istehsalını 3 ay müddətinə iki dəfə azaldacaq.

Axar.az xəbər verir ki, Ayfon-X telefonlarının istehsalının ümumi göstəricisi 2018-ci ilin ilk rübündə 40 milyondan 20 milyona endiriləcək. Buna əsas səbəb Avropa, Amerika və Çin kimi əsas bazarlarda smartfonların az satılmasıdır.

Qeyd edək ki, Ayfon-X noyabrın 3-də satışa çıxarılıb. Alıcılar dəfələrlə yeni modeldə olan qüsurlardan şikayətləniblər.