Bu yaxınlarda əkiz uşaq anası olan müğənni Enrike İqlesisasın sevgilisi, rusiyalı tennisçi Anna Kurnikova bədən quruluşu ilə hər kəsi təəccübləndirib.
6 həftə əvvəl əkiz övlad dünyaya gətirən Anna artıq ideal bədən quruluşuna qayıdıb.
O, sirrini sosial media izləyiciləri ilə bölüşüb. Buna səbəb tennisçinin yenidən idmana qayıtmasıdır. Kurnikova bildirib ki, idman onun həyatıdır. O, hər gün qaçış, yoqa və tennislə məşğul olur.
Qeyd edək ki, Enrike ilə Annanın Nikolas adlı oğlu, Lüsi adlı qızı dünyaya gəlib. Əkizlər doğulanadək Anna hamiləliyini hər kəsdən gizlədib. 


