|
ABŞ Maliyyə Nazirliyi: "Kreml məruzəsi" sanksiya deyil, tövsiyə xarakterlidir

ABŞ Konqresinə təqdim edilən "Kreml məruzəsi" sənədi sanksiya deyil, tövsiyə xarakterlidir.

Trend xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Maliyyə Nazirliyinin yaydığı məlumatda deyilir.

 

Nazirlik bəyan edir ki, ayrı-ayrı şəxslərin və ya təşkilatların hesabatın hər hansı hissəsinə daxil edilməsi bu fiziki və hüquqi şəxslərə qarşı sanskiya tətbiqini nəzərdə tutmur: "Sənəd belə şəxslərə qarşı hər hansı məhdudiyyət və qadağa da yaratmır".

Qeyd edək ki, ABŞ-da "Kreml məruzəsi" adlı siyahı dərc olunub. Hesab edilir ki, sənəddə adı keçən Rusiya rəhbərliyinə yaxın şəxslər Vaşinqtonun məhdudlaşdırıcı tədbirləri ilə qarşılaşa bilərlər.