|
Eddi İsrafilov klubunu dəyişdi

Millimizin üzvü Eddi İsrafilov İspaniyanın “Ximnastik” klubundan ayrılıb.

Qol.az-ın məlumatına görə, o, karyerasını digər Sequnda klubu “Alkorkon”da davam etdirəcək.

Bu barədə Madrid klubunun saytı xəbər yayıb. Eddi ilə 2020-ci ilin iyun ayına kimi müqavilə imzalandığı bildirilib.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi yığmamızın heyətində 8 oyun keçirib