|
Braziliyada avtobus yük maşını ilə toqquşub:

Braziliyanın Dianopolis şəhəri yaxınlığında sərnişin avtobusu yük maşını ilə toqquşub.

Trend-in məlumatına görə, toqquşma nəticəsində azı 7 nəfər həlak olub, 20 nəfər isə xəsarət alıb. Xəsarət alanlar yaxınlıqdakı xəsatəxanalara yerləşdiriliblər.

 

Avtobusun sürücüsünün sözlərinə görə, qəzaya səbəb əyləc sistemindəki nasazlıq olub.