|
İŞİD etiraf etdi: Kabildə Hərbi Akademiyaya hücumu biz etmişik

Əfqanıstanın paytaxtı Kabildə bir qrup silahlının Hərbi Akademiyaya hücum nəticəsində həlak olan hərbçilərin sayı 5 nəfərə çatıb. Trend-in məlumatına görə, daha 10 nəfərin isə yaralandığı barədə bildirilib.

Son məlumata görə, hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Qeyd edək ki, Kabildə Hərbi Akademiyaya 5 nəfər silahlı şəxs hücum etmişdi.