Dağıstanda polis postu silahlı qruplaşmanın hücumuna məruz qalıb.
ANS PRESS-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, hücum nəticəsində bir polis və iki yaraqlı həyatını itirib.
Respublika Daxili işlər nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, silahlı toqquşma Xasavyurt rayonunun Sulivkent kəndində baş verib.
Saxlanılan maşından 3 silahlı çıxaraq polisə atəş etməyə başlayıb. Atışmada bir polis həyatını itirir biri isə yaralanır.
Mətbuat xidməti 2 silahlının öldürüldüyünü 1-nin isə qaçmağa müvəffəq olduğunu bildirir.
