Afrika ölkələrinə çağırış edərək bildirirəm ki, Qüdsdə hər hansı diplomatik nümayəndəlik açmaqdan imtina etsinlər.
Axar.az xəbər verir ki, bu sözləri Fələstin lideri Mahmud Abbas deyib.
O bildirib ki, Afrika və ərəb xalqları müstəmləkəçilik baxımından ortaq keçmişə sahibdir.
Afrika ölkələri haqqında işlətdiyi xoşagəlməz ifadədən dolayı da Abbas Trampı tənqid edib.
Fələstin lideri həmçinin BMT-nin Fələstin-İsrail münaqişəsi ilə bağlı təklif etdiyi ikidövlətli həll prosesi təklifini dəstəklədiyini də əlavə edib.
