|
80-dən çox miqrant xilas edildi

Aralıq dənizində miqrantları daşıyan qayığın batması nəticəsində 2 nəfər həyatın itirib, 80-dən çox miqrant isə xilas edilib.

Axar.az xəbər verir ki, hadisənin baş verməsinə səbəb qayığın həddən artıq yüklənməsi olub.

İtaliya xilasetmə xidmətlərinin verdiyi məlumata görə, 5 əməliyyat zamanı ümumilikdə 800-dək miqrant xilas edilib.