|
Bu dəfə hər şey fərqlidir

Müğənni Selena Qomez və Castin Biberin münasibətləri bu dəfə tam fərqli davam edir.
Cütlüyə yaxın mənbənin sözlərinə görə, buna səbəb Castinin özünü tam fərqli aparmasıdır.
"Onların əvvəlki münasibətlərində soyuqluq var idi. Çünki Castin tez-tez yoxa çıxırdı, Selena ilə hər an maraqlanmırdı. Bu dəfə isə o, özünü çox alicənab aparır. Hər ikisinin işləri çox olsa belə, onlar hər gün mesajlaşır, görüntülü danışır, tez-tez görüşməyə çalışırlar. Biber artıq Qomezi bir daha itirməmək üçün əlindən gələni edir".