|
ABŞ-da avtoyuma məntəqəsində qanlı atışma

ABŞ-ın Pensilvaniya ştatında avtoyuma məntəqəsində baş vermiş atışma nəticəsində beş nəfər həlak olub, daha bir nəfər xəsarət alıb.

Trend-in verdiyi xəbərə görə, bu barədə yerli KİV-lər polisə istinadla məlumat yayıb.

 

Məlumata əsasən, insident Feyett dairəsində qeydə alınıb. Hadisə qurbanlarının üçünün kişi, ikisinn qadın olduğu bildirilir.

Hadisə zamanı yaralananlar xəstəxanaya yerləşdirilib.