|
Səfir: Azərbaycana gələn koreyalı turistlərin sayında artım var

Azərbaycana gələn koreyalı turistlərin sayında artım müşahidə edilir.

Trend-in məlumatına görə, bunu Koreyanın Azərbaycandakı səfiri Kim Çanq-Qyu deyib.

Diplomat bildirib ki, Azərbaycan Koreya üçün sıradan bir ölkə deyil:

"Azərbaycan bizim üçün qardaş ölkədir. Bu gün Koreya və Azərbaycan arasında qarşılıqlı əlaqələr və dostluq münasibətləri inkişaf etməkdədir".