|
ATƏT PA-nın prezidenti Azərbaycana səfər edəcək

ATƏT Parlament Assambleyasının prezidenti Georgi Sereteli bu il Azərbaycana səfər edəcək.

Trend-in məlumatına görə, bunu ATƏT PA-nın prezidenti G.Sereteli təşkilatın Daimi Şurasının Vyanada keçirilən iclasında deyib.

Səfər zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunacaq.

G.Seretelini səfər zamanı ATƏT PA-nın Beynəlxalq Katibliyi müşayiət edəcək.