|
Millimiz Makedoniya ilə yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi Makedoniya yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Bu barədə Trend AFFA-ya istinadən məlumat verir.

 

Martın 27-də Türkiyənin Antalya şəhərində Azərbaycan və Makedoniya milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsi barədə AFFA və Makedoniya Futbol Federasiyası arasında ilkin razılıq əldə olunub.