|
Sığorta şirkətinin rəhbərliyində DƏYİŞİKLİK

Rəşad Əhmədov "Azərbaycan Sənaye Sığorta" ASC-nin Müşahidə Şurasının üzvü təyin olunub.

Trend-in məlumatına görə, o bu vəzifədə İlker Hepçormanı əvəz edib.

Şirkətin Müşahidə Şurasına Uğur Çağlar rəhbərlik edir. Şuranın tərkibinə Sərvər Mikayılov da daxildir.

Qeyd edək ki, "Azərbaycan Sənaye Sığorta" 1996-cı ildən fəaliyyət göstərir..