Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, rayonun Qaradağlı kəndində "VAZ 21015" markalı minik avtomobili "Belorus" markalı traktora çırpılıb. Nəticədə minik avtomobilində olan 46 yaşlı kişi aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı Tərtər rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
