“Barselona” heyətinə yeni oyunçu cəlb edib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Kataloniya təmsilçisi “Monreal İmpakt”ın futbolçusu Jan-İv Tablanı transfer edib.
18 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, klubun B komandasında oynayacaq.
Qeyd edək ki, Tabla ötən il MLS liqasında 21 oyun keçirib və 2 qol vurub
