“Sent-Etyen” Dortmund “Borussiya”sının futbolçusu Neven Subotiçi transfer edib.
Qol.az-ın Fransa klubunun saytına istinadən yaydığı xəbərə görə, 29 yaşlı müdafiəçi ilə 2019-cu ilin iyununa qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Serbiya millisinin sabiq üzvü 2008-ci ildən çıxış etdiyi “Borussiya” klubunda ümumilikdə, 265 oyuna çıxıb, 19 qol vurub
