|
Bengü toy xəbərindən danışdı

Müğənni Bengü ötən gün Kuruçeşmədə gözəllik salonlarından birindən çıxarkən görüntülənib.
İfaçı çıxışda jurnalistlərin suallarını cavablandırıb. 

O, "Bu ilki 14 fevralın sizin üçün nə mənası var" sualına belə cavab verib:

"İllərdir mənim üçün bir anlamı yox idi. Amma bu il var. O ki qaldı nə hədiyyə gözləyirəm... Hədiyyə əsas deyil. Əsas olan sevgidə bir-birimizi başa düşmək, mübahisə etməməkdir".

Bengü eyni zamanda 9 aydır sevgili olduğu iş adamı Selim Selimoğlu ilə ailə qurmaq məsələsindən də danışıb. Sənətçi bildirib ki, tarix bəlli olmasa da, amma sevgisinin toyla bitəcəyinə inanır.