|
Uşaqları inkişaflarına ziyan vuran informasiyadan qorumaq üçün QANUN layihəsi hazırlanıb

Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması ilə bağlı qanun layihəsi hazırlanıb və müvafiq orqanlara təqdim edilib.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri sədri Aqiyə Naxçıvanlı komitənin bu gün keçirilən iclasında deyib.

 

A.Naxçıvanlı komitənin 2017-ci ilin payız sessiyasında gördüyü işlər barədə məlumat verib.

O qeyd edib ki, “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” qanun layihəsi hazırlanıb və baxılması üçün müvafiq orqanlara təqdim edilib.